5 yaşlı Orucov Nihat Kənan oğlu autizm spektr pozuntusundan əziyyət çəkir.
Modern.az-a müraciət edən uşağın anası Samirə Orucova bildirib ki, övladını təkbaşına böyüdür və maddi imkanları məhdud olduğu üçün müalicə xərclərini qarşılamaqda böyük çətinlik çəkir. Tənha ana xeyirxah insanlardan və vətəndaşlarımızdan dəstək xahiş edir.
Samirə Orucova övladının səhhəti və üzləşdiyi çətinliklər haqqında bunları deyib:
"Nihat doğulanda ilk vaxtlar heç bir qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, sadəcə gec dil açan uşaqlardandır. Lakin zaman keçdikcə davranışlarında dəyişikliklər üzə çıxdı. Nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi müşahidə olundu. Həkim müayinəsi zamanı övladımda autizmin ağır forması olan Kanner sindromu müəyyən edildi.
Tənha anayam, işləyirəm, amma aldığım kiçik əməkhaqqı ilə ailənin ehtiyaclarını belə çətinliklə ödəyirəm. Nihatın uzunmüddətli və davamlı müalicəyə ehtiyacı var. Bir kurs müalicənin qiyməti 300 manatdır. Övladımın əlilliyi yeni təsdiqlənib və ilkin olaraq 205 manat müavinət təyin edilib. Lakin bu məbləğ və mənim qazancımla müalicəni davam etdirmək mümkün deyil. Nihat yaşıdlarından geri qalır, ətrafdakılara reaksiya verə bilmir. Mərhəmətli insanlardan, xalqımızdan xahiş edirəm, imkanı çatan qədər balama yardım əlini uzatsınlar".
Kömək etmək istəyənlər üçün bank rekvizitləri və əlaqə:
Bank: "Kapital Bank"
Kart sahibi: Samirə Orucova (Anası)
Kart nömrəsi: 5239 1517 3928 6964
Əlaqə nömrəsi: 070-525-62-03
