Modern.az

Azərbaycanın düşməni bu dəfə İrəvanı məhkəməyə verir

Azərbaycanın düşməni bu dəfə İrəvanı məhkəməyə verir

Aktual

20 İyul 2026, 16:05

Qalmaqallı bloqer Aleksandr Lapşin Ermənistana girişinə qoyulan qadağa aradan qaldırılmasa, bu ölkəyə qarşı hüquqi addımlar atacağını bəyan edib.

Modern.az xəbər verir ki, Lapşin bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, may, iyun və iyul aylarında Avropa Parlamentinin deputatları və ABŞ Senatının iki üzvü ilə videokonfrans keçirərək Ermənistana girişinə qoyulan qadağa məsələsini müzakirə edib və onların dəstəyini istəyib.

Eyni zamanda, Avropa Şurasının jurnalistlərin müdafiəsi və təhlükəsizliyi üzrə platforması da Lapşinin işi ilə bağlı bildiriş yayımlayıb.

Sənədə əsasən, 2026-cı il aprelin 5-də Aleksandr Lapşin İrəvandakı Zvartnots hava limanına çatdıqdan sonra ölkəyə buraxılmayıb.

"Ümid edirəm ki, bu məsələ həll olunacaq və mövzu bağlanacaq. Əks halda, nəzakətli müraciətlər hüquqi addımlarla əvəz olunacaq", – deyə o qeyd edib.

Qeyd edək ki, Aleksandr Lapşin 2017-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün Belarusda saxlanılmış, daha sonra Azərbaycana ekstradisiya edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, azadlıqdan məhrum edilmiş, lakin sonradan Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR