Modern.az

Bakıya gətirilən bağlamalardan ŞOK tapıntı

Bakıya gətirilən bağlamalardan ŞOK tapıntı

Aktual

Bu gün, 10:12

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.

Modern.az komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.

Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...