Modern.az

Uitkoffla Kuşner sabah Moskva və Kiyevə səfər edəcəklər - YENİLƏNİB

Uitkoffla Kuşner sabah Moskva və Kiyevə səfər edəcəklər - YENİLƏNİB

Aktual

Bu gün, 13:29

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-6-da Rusiya və Ukraynaya səfər edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı danışıqlarçılar əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə gedəcəklər.

“Moskva, ardınca Kiyevə gəlməyi planlaşdırırlar. Söhbət 5-6 sentyabr tarixlərindən gedir”, - mənbə bildirib.

Səfərlərin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı diplomatik danışıqlar çərçivəsində həyata keçiriləcəyi bildirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski də daha əvvəl ABŞ nümayəndələrinin həm Moskva, həm də Kiyevdə görüşlər keçirəcəyini açıqlamışdı. O, səfərlər üçün ilkin tarixlərin müəyyənləşdirildiyini və Uitkoffla Kuşnerin yaxın günlərdə Kiyevdə gözlənildiyini bildirmişdi.

Reuters-in məlumatına görə, Uitkoff və Kuşner Ukrayna müharibəsinin nizamlanması üzrə ABŞ-ın əsas danışıqlarçıları sırasında yer alırlar. Onlar sonuncu dəfə yanvar ayında Moskvada olublar, lakin indiyədək Kiyevə səfər etməyiblər.
 

11:08

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı iş adamı Cared Kuşner yaxın vaxtlarda Kiyev və Moskvaya səfər etməyi planlaşdırırlar.

Modern.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, amerikalı danışıqlarçılar Ukrayna münaqişəsinin nizamlanması istiqamətində diplomatik təmasları intensivləşdiriblər və artıq Ukrayna tərəfi ilə telefon danışıqları aparıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski də Uitkoff və Kuşnerin yaxın günlərdə Kiyevə səfərinin gözlənildiyini təsdiqləyib. Onun sözlərinə görə, səfərin ilkin tarixi razılaşdırılıb və ABŞ nümayəndələri görüşə hazır olduqlarını təsdiqləyiblər.

Bununla yanaşı, Uitkoff və Kuşnerin Moskvaya da getməsinin planlaşdırıldığı bildirilir. Səfərlərin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsi məqsədi daşıdığı qeyd olunur.

Səfərlərin dəqiq tarixləri hələ rəsmi şəkildə açıqlanmayıb.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...