Modern.az

Samux rayonunda Energetiklərin Peşə Bayramı Günü qeyd edilib 

Samux rayonunda Energetiklərin Peşə Bayramı Günü qeyd edilib 

Aktual

Bu gün, 11:12

Samux rayonunda 20 oktyabr – Energetiklərin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, idarə, müəssisə və təşkilatların rəhbərləri, energetika sahəsində çalışan əməkdaşlar iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin Samux şəhəri Heydər Parkında ucaldılmış heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildiriblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev energetika sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb. Başçı çıxışında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə energetika sahəsində həyata keçirilən islahatların, enerji infrastrukturunun müasirləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində energetika sahəsi davamlı inkişaf edir, ölkəmizin enerji potensialı güclənir.

Bildirilib ki, energetika ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsində, əhalinin və iqtisadiyyatın fasiləsiz enerji təminatında mühüm rol oynayır. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər və infrastrukturun yenilənməsi ölkəmizin dayanıqlı inkişafına mühüm töhfə verir. Energetika sahəsində çalışan əməkdaşların peşəkarlığı, məsuliyyəti və fədakar əməyi xüsusi əhəmiyyət daşıyır.

Sonda energetika sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşlara Fəxri Fərmanlar təqdim edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı