Modern.az

Nəsimi Musayevin Ermənistanda saxlanılma GÖRÜNTÜLƏRİ

Nəsimi Musayevin Ermənistanda saxlanılma GÖRÜNTÜLƏRİ

Aktual

Bu gün, 16:12

Ermənistanda saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin tutulma anına aid olduğu bildirilən görüntülər yayılıb.

Modern.az xəbər verir ki, görüntüləri “Joğovurd” qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, Musayev Şəki yaşayış məntəqəsində sakinlərdən birinə məxsus tövlədə aşkarlanıb və oradan çıxarılaraq saxlanılıb.

Qəzet həmçinin iddia edir ki, Musayev ifadəsində yerli ailənin evinə daxil olarkən heç kimə zərər vermək niyyətinin olmadığını bildirib. Bu məlumat nəşrin əldə etdiyini bildirdiyi ifadəyə əsaslanır.

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu daha əvvəl Nəsimi Musayevin Ermənistanda olduğunu və həmin ölkənin müvafiq orqanları tərəfindən saxlanıldığını açıqlayıb. Qurum hadisənin hallarının aydınlaşdırılması üçün qarşı tərəfin aidiyyəti strukturları ilə təmasların davam etdirildiyini bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində