8 Noyabr 2016, 13:30 | Ana Səhifə - Yazılar - Böyük isimlərin üçbucağında... ruhun geri qayıtması
Böyük isimlərin üçbucağında... ruhun geri qayıtması

Vəfa Allahverdiyeva

 

Hər hansı dövlət bayramı haqqında müəyyən auditoriyaya olan xitabət düşüncələr niyəsə bəzən şablon görünməyə başlayır bizə.

Kəlmələrmi düzgün seçilmir, cümlələrmi saxta tələffüz edilir, hadisələrin taleyimizdəki rolunamı nankorluq var- bilmək olmur.   

Əslində elə bir ciddi səbəbə görə deyildir. Tarixləri təqvimdə xüsusiləşdirən hadisələrdir. Öz əzəmət və əhəmiyyətini də isti-isti dərin hiss etdirə bilir, cəmiyyətə.    

Sonra isə böyük olayları qeydə alan  zaman güclü hissiyyatla, emosional ovqatla deyil, tarixin ehtişamlı mərhələlərinə sadə bir anım, ehtiram  münasibətlə gələcək illərin yaddaşına uzanan yola çıxır. Şablonluq burdan yaranır bəlkə: zaman məsafəsindən.

Dövlətbayramına çevrilən hadisələr isə gerçəkdən fövqəladədir-illər sonra düşüncənin və duyğunun anlayıb-anlamadığı halda. Hansı intonasiya ilə vurğulanır-vurğulansın.

Xoş həyəcanı azalsa da, fenomenal prosesdir.  Ölkənin siyasi taleyindən qırmızı xətt kimi keçir...

1918-ci il 9 noyabrda  Nazirlər Şurasının binasından asılan üçrəngli bayraq həmin günün əbədiyaşarlığı üçün  müasir dövlətin qərarlarında, prezident sərəncamında layiqli  istinad kimi çıxış edir.  

Lakin mənbə, siyasi kök təkcə Demokratik Respublika dövrü olmamalı... İctimai-siyasi varislərə ədalətsizlik ucalmış bayrağa halallığı əskik edərdi, çünki. 

Uzun bir məğlubiyyətin ardından o bayrağı tarixin arxivindən dim-dik ayağa qaldıran, milli şərəfin, milli qururun, özgürlüyün rəmzi kimi asimana sarı ucaldan analoji tarixi prosesin ikinci mərhələsi də var axı.

1989-93-cü illərin siyasi şüuru ilə millətin barmağına dəyən daimi zərbələrin dəf edilməsi, dövləti öz atributlarında özgür təqdim etmək dönəmi.

Bayrağa doğru hədəfin, yolun Əbülfəz Əliyevlə başlanan yolçuluğu.         

Hələ üçüncü mərhələsi. Rusiya İran, Qərb üçbucağının oynadığı oyunlarla təhlükə altına düşən özgürlüyün Heydər Əliyevin simasında möhkəm qorunduğu günlər də bayrağı yerə çırpılmaqdan xilas edən günlərdir.  

Özgürlük davası millətin kimlik fəlsəfəsini, hədəflərini müasir Azərbaycanın sistemləşmiş proqramı şəklində ortaya qoyan üçrəngli bayraqla paralel elə dəyərlər, elə vacib proseslərə səbəb oldu ki, məhz bu faktorlar bayraq bayramında onunla bütünləşir, tam olur,  bu təntənədən də öz payını alır . Nədir onlar?

Nədir, həm də kimdir-sualı var.

Milli şüurun mərkəzləşməsi Azadlığın fəth yolunu açdı. Azadlığın fəthi ipək, yaxud, pambıq parça üzərindən bəsit şəkildə öz varlığını göstərmək deyil, məhz millətin və dövlətin  varolma gücünü təqdim edən bayrağı öz rəngləri, ölçüsü, xətləri ilə keçmişdən miras alıb yenidən cizgiləndirdi.

Cizgiləndirmək niyə, onu çökmüş, düşmüş Azərbaycanın yüksəliş nişanəsi  kimi  üstə qaldırdı- bir daha enməmək iddiası ilə.

Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında hər şey Rəsulzadə-Elçibəy-Heydər Əliyev zəncirində, üçbucağında hifz edilən bayrağın əbədilik qalxmasına qoyulan güclə başladı.

Rəsulzadənin qoruya bilmədiyi bayrağı Elçibəy yerdən götürdü. Sonra isə Elçibəyin xain baxışlardan hifz etmək zoru yaşadığı, qaməti əyilərək yarı yıxılmış o Bayrağı  Heydər Əliyevin güclü əlləri  tutdu.

Bayraq bayramı ilk öncə bu Üç İsmin bayramıdır.

Bayraq hadisəsi geri qayıdan azadlıq ruhumuzun bir parçası kimi  özünə paralel onlarla tarixi məqamları hadisəyə çevirdi.

Lider anlayışının keçmişlərdən tutan pası açıldı. İctimai fikirdə rol oynayan  ziyalı  fərdlərin siyasi arenaya gəlməsi əhəmiyyətli hadisə oldu.

Fəlakətləri adlamaq tezislərinin onlarla müəllifləri millətin içərisindən öz boyunu göstərib təskinlik və ümid qaynağına çevrildi-Rusiya xarabalığının altında qala biləcəyimiz o dramatik günlərdə.   

Bayraq prosesi millət üçün önəmli isimlərin bioqrafiyasını açıq nişan verdi: Xudu Məmmədov, Yusif Səmədoğlu, Osman Mirzəyev, Nəcəf Nəcəfov, Sabir Rüstəmxanlı...

Bu adlar cərgəsinin davamına aid çox sayda fədakar insanların bayramı Bayraq bayramı ilə qovuşur.  

Bayraq prosesi müstəqil mətbuatımızın mövzudolma ehtiyacının konturlarını yaratdı. Azad söz, kəsərli söz beyin istehsalının vacib məhsulu kimi xammalını özgürlük proseslərindən götürməyə başladı. 

Milli mətbuat öz bayramını Bayraq günündə də qeyd etməyi haqq edir.

Bayraq hadisəsi çağdaş poeziya və dramaturgiyanın, bir sözlə ədəbiyyatın sanballı mövzu bazasını yaratdı. Həm də yeni yaradıcı adamların meydana çıxma rolunu oynadı.  

Faciəni, milli kədəri müvəffəqiyyətə çevirən potensial güc, həm də universitet auditoriyasında formalaşdı. Bayraq prosesi qapıları açıq dərs otaqlarından meydanlara qarşısıalınmaz yürüşün səbəbi olaraq, universitet gəncliyini çağdaş siyasi həyatın aparıcı təbəqəsinə çevirdi.

Bu gün masalarda söz deyən, rəy verən, dövlət, qeyri-dövlət institutlarında, mətbuatda, siyasi partiyalarda təmsil olunan,  düşüncələr paylaşan siyasi insanlar milli rəmzə sahib olmaq prosesinin yetirdiyi, milli hisslərdən möhkəmlənən böyük bir nəsildir. Bayraq bayramı öz təntənəsini, zirvəsini onlarlar da bölüşür. 

Ölməmək uğrunda mübarizənin, Azərbaycanı ölümsüz edən mücadilənin şah əsəri Milli Bayraqdır. O, güclü üzərindəki zəfərin nişanəsidir. Təhtəlşüurda yığılıb qalan və püskürən milli hissin ortaya qoyduğu, verilməyən, qurbanlarla qazanılan azadlığın, vətən eşqinin sevimli övladıdır. Azərbaycanı heç vaxt kölə olmağa qoymayan əzəmətli bir gücdür.

Bayramımız mübarək!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48