5 Sentyabr 2019, 11:59 | Ana Səhifə - Yazılar - Qorxularım haqqında - sağrıma vurulan iynələr...
Qorxularım haqqında - sağrıma vurulan iynələr...

Vasif İsmayıl

Mənim bu dünyada bir qorxum var... sağrıya vurulan iynə.

Bəli, özüm həkim olsam da, kimlərəsı sağrı nahiyyəsindən iynə vursam da,..... özümə sağrıdan iynə vurulmasına icazə vermirəm....qorxuram.

Bunun çox sadə bir səbəbi var.

Sağrıdan iynə vurulması mənə erməniləri xatırladır.

Bəzilərinizin həyatına erməni ölüm gətirib - elə mənim də...

Amma bu dünyada yeganə qorxunu (məndə hətta Allah qorxusu da yoxdur) bir erməni....tibb bacısı hədiyyə edib. Etməz olaydı.

Uşaq vaxtımdan burnumda çəpər əyriliyi var idi deyə, tez-tez haymorit keçirirdim. İldə 3-4 dəfə xəstələnir, elə hey zarıyırdım.

Hələ məktəbli ikən, 1988-ci ildə o vaxtkı Şaumyan rayonu Şəfəq kəndində dincələrkən yenə haymorit tutdu. Bir neçə gün əziyyət çəkəndən sonra qohumlarım məni Şaumyan rayon xəstəxanasına yatırdılar. Həkimim öz qohumum Aydın dayı idi.

Palatada 4 nəfər idik. Bir safıkürdlü oğlandan başqa, 2 erməni də var idi. Sergo dayı və Albert. Sergo dayı yaşı 80-i adlamış ahıl bir kişi idi. Kataraktı var idi. Gözündən əməliyyat gözləyirdi. Albert niyə yatırdı - orasını xatırlamıram.

Safıkürdlü oğlan 2 günə sağalıb evinə getdi. Bütün şöbədə tək azərbaycanlı mən qaldım.

13 yaşında oğlan.

Aydın dayı mənə penisillin təyin etmişdi. Şöbənin tibb bacısı var idi, adını unutmuşam, yekəpər erməni qadın idi. Mənə hər gün 2 dəfə sağrıdan penisillin vururdu.

Amma çox ağrıdırdı. Hər iynədən sonra saatlarla ağlamaq tuturdu məni.

İnsan o yaşda hər ağrını təfsilatı ilə xatırlayır.

Bir dəfə şöbəyə Moskvadan bir erməni qızı gəlmişdi - Sveta. Atası erməni, anası rus idi. Sergo dayını əməliyyat etmək üçün Moskvadan gəlmiş həkim onu da özü ilə bərabər gətirmişdi.

Mənə bircə dəfə o iynə vurdu.

Svetanın vurduğu iynə məni heç ağrıtmadı...mən də yeniyetmə ağlımla Svetaya aşiq olduğum üçün belə olduğunu düşünürdüm.

Yanılmışam...

Sizə qəribə gələcək, amma... Beş gün sonra məni təcili xəstəxandan alıb evə gətirdilər. Evdə alt paltarımı çıxaranda işin sirri bəlli oldu.

Alt paltarımın sağrı nahiyəsində hər iki tərəfdə böyük qan ləkələrii var idi.

Bəlkə də başa düşməzsiniz, amma uşaq ağlımla dönüb heç vaxt alt paltarıma baxmırdım. O vaxt hər gün alt paltarı dəyişmə adəti də yox idi. Həftədə bir dəfə hamama gedirdik.

O zaman o erməni tibb bacısının mənim üzümə baxaraq söylədiyi sözləri xatırladım...

-Sən türksən, sənin qanın bizə halaldır.

Küt iynə ilə penisillin vururmuş… insanlıq düşməni.

Bir də Sergo dayının məni dayıma təslim edərkən dediyi sözləri xatırladım...

-Vasif, oğlum, sən evə get. Mən, sənə bal göndərəcəm.

Məsələnin kökü bir il sonra aydın oldu. Məgərsə, Sergo dayı gecələr yatmır mənim başımda keşik çəkirmiş. Nə isə eşidibmiş deyəsən, ailəmi çağırıb məni oradan uzaqlaşdırmalarını istəyib. Əbülfət dayım danışırdı ki, Sergo dayı “yaşlı adamam, gecələr yatmamaq mənə pis təsir edir, bunu evə aparın!” deyibmiş.

Ondan sonra heç kəs mənə sağrıdan iynə vura bilmir. Öz gözüm görərək hətta məni kəsə də bilərsiniz....amma sağrıdan iynə...əsla!

P.S. Nə vaxtsa Sergo dayıdan yazacam. O mənə erməni-müsəlman davasının bütün detallarını danışmışdı.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qaragöl ətrafında vəziyyət qəlizləşir TƏHLİL 15 May 2021, 00:43 Türkiyə öz sülhməramlılarını Şərqi Qüdsə göndərə bilər 15 May 2021, 00:39 Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30