Modern.az

Azərbaycan Prezidentinin İsveçrə səfəri

Azərbaycan Prezidentinin İsveçrə səfəri

20 Oktyabr 2009, 10:02

Oktyabrın 19-da İsveçrəyə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimindən sonra İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertslə görüşüb. Ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub.
Prezident Hans-Rudolf Merts bildirib ki, iki ölkə arasında həm dövlət başçıları səviyyəsində, həm də digər səviyyələrdə intensiv əlaqələr var. İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət Günlərinin əhəmiyyətinə toxunan Hans-Rudolf Merts deyib ki, bu cür tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. İqtisadi sahədə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdıran İsveçrə Prezidenti bildirib ki, energetika sahəsində əməkdaşlıq genişlənir, qeyri-enerji sektorunda da birgə layihələr var. İsveçrə dövlətinin başçısı alternativ enerji sahəsində də əməkdaşlığın inkişafının əhəmiyyətinə toxunub, ölkələr arasında ticarət dövriyyəsinin artdığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, onun İsveçrəyə rəsmi səfəri əlaqələrin genişlənməsinə xidmət edir.
İlham Əliyev deyib ki, enerji sahəsində əməkdaşlıq uğurla gedir, qeyri-enerji sahəsində yaxşı imkanlar var və bunu inkişaf etdirmək lazımdır.
Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Merts rəsmi nahar ediblər. 
Daha sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.Əvvəlcə İsveçrə Prezidenti Hans-Rudolf Merts və Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış ediblər. Daha sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 19-da Bern şəhər meriyasında olublar.
Şəhərin meri Aleksander Çeppet İsveçrənin paytaxtı Bernin tarixi və bu günü haqqında ətraflı məlumat verib.
Meriyada Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim olunub.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bern şəhərinin meri Aleksander Çeppetin müşayiəti ilə şəhəri gəziblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi