Modern.az

Kataloniyaya dəstək aksiyaları başladı

Kataloniyaya dəstək aksiyaları başladı

Dünya

1 Oktyabr 2017, 23:43

Kataloniyada baş verənlərdən sonra narahatlıqlar artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, artıq İspaniyanın bəzi bölgələrindən Kataloniyaya dəstək gəlməkdədir. Belə ki, Vitoriya və San-Sebastyan şəhərlərində 1000-dən çox insan Kataloniyadakı referenduma dəstək olmaq üçün küçələrə çıxıb.

 

Qeyd edək ki, hər iki şəhər İspaniyanın tərkibində digər muxtar vilayət olan Basklar ölkəsinin tərkibinə daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!