Modern.az

Türkiyə kosmik stansiya tikir

Türkiyə kosmik stansiya tikir

Dünya

4 Oktyabr 2017, 00:21

Türkiyə kosmik stansiyanın tikintisi haqqında qərar qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Binəli Yıldırım məlumat verib.

 

"Kosmik stansiyanın tikintisi haqqında qanun layihəsi artıq Türkiyə parlamentinin müzakirəsinə göndərilib", - deyə baş nazir Eksişehir vilayətində vertolyotlar üçün detalların və ehtiyat hissələrinin istehsalı üzrə zavodun açılış mərasimində bildirib.

 

Onun sözlərinə görə, bu qərar əhalinin rifahı üçün, kosmik və aviasiya texnologiyaları və təbii ehtiyatlardan istifadə edilməsi hesabına ölkədə inkişafı və təhlükəsizliyi təmin etmək məqsədi ilə qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər