Modern.az

Somalidəki partlayışda 40 nəfər öldü

Somalidəki partlayışda 40 nəfər öldü

Dünya

14 Oktyabr 2017, 20:02

Somalidə növbəti dəfə partlayış törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişoda qeydə alınıb. Güclü partlayış nəticəsində 40-dan artıq insan həyatını itirib.

Qeyd edək ki, içində partlayıcı maddənin olduğu yük maşını partlayıb. Asayiş keşikçilərinin sözlərinə görə, partlayış yük maşını polis avtomobilini təqib edərkən baş verib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı