Modern.az

Azərbaycanla sərhəddə qızıl yatağı aşkarlandı

Azərbaycanla sərhəddə qızıl yatağı aşkarlandı

Dünya

9 Noyabr 2017, 22:31

Rusiyalı geoloqlar Dağıstanın cənubunda, Azərbaycanla sərhəddə yerləşən Kuruş kəndində qızıl yatağı tapıblar. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın təbiət naziri Sergey Donskoy bu yataqda 100 tona yaxın qızılın mövcudluğu barədə ehtimalların olduğunu bildirib.

 

Alimlərin proqnozuna əsasən, Dağıstanda qiymətli metalın ümumi ehtiyatları 300 tondan çoxdur.

 

Kuruş yatağının qazılması üçün tender 2018-ci ildə keçiriləcək.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, dağlıq ərazidə qızılın hasilatı daha çətin olacaq.

 

Bütün bunlara baxmayaraq, yerli sakinlər respublika ərazisində qiymətli metalların mövcudluğa inanmırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı