Modern.az

Kadırov Putini Çeçenistana dəvət etdi

Kadırov Putini Çeçenistana dəvət etdi

Dünya

20 Noyabr 2023, 21:38

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putini respublikaya səfərə dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Onun sözlərinə görə, Putin uzun müddətdir Çeçenistana getmədiyi üçün ağsaqqallar onu danlayır.

 

“Ağsaqqallarımızın sözlərini çatdırmaq istəyirəm ki, respublikamıza gəlmədiyinizə görə məni danlayırlar. Siz bizim üçün hər şeyi etdiniz, təkcə avtovağzalları, hava limanını deyil, qalan infrastrukturu da bərpa etdiniz", - Kadırov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!