Modern.az

Türkiyədə məktəbdə daha bir insident 

Türkiyədə məktəbdə daha bir insident 

Dünya

17 Aprel 2026, 16:40

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonundakı Dumlupınar orta məktəbində insident qeydə alınıb. 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir valideyn müəllimə bıçaqla hücum etməyə cəhd edib. Hücum edən şəxs polis tərəfindən tutularaq nəzarətə alınıb.

Hadisəni törətmək istəyən şəxsin şagirdlərdən birinin valideyni olduğunu və müəllimə bıçaqla hücum etməyə cəhd edib. Polisin müdaxiləsi ilə təcavüzkarın qarşısı son anda alınıb.

Zərərsizləşdirilən valideyn polis tərəfindən nəzarətə alınaraq polis bölməsinə gətirilib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ