Modern.az

Bakılı deputat barəsində həbs qərarı verildi

Bakılı deputat barəsində həbs qərarı verildi

Dünya

Bu gün, 17:03

Rusiyada sabiq deputat ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Meşan Rayon Məhkəməsi keçmiş Kostroma senatoru və yerli Dumanın eks-üzvü Aleksandr Ter-Avanesov barəsində qiyabi həbs qərarı verib.

O,  Rusiya Müdafiə Nazirliyinin vəsaitlərinin mənimsənilməi ilə bağlı dələduzluqda ittiham olunur. Bildirilir ki, söhbət 4 milyard rubldan artıq məbləğin ələ keçirilməsindən gedir.

Məlumata görə, Ter-Avanesov 2025-ci ilin sonunda qiyabi qaydada federal axtarışa verilib.

Qeyd edək ki, Aleksandr Ter-Avanesov 1969-cu ildə Bakıda anadan olub. O, 2006–2015-ci illərdə Kostroma vilayət dumasından Rusiya Federasiya Şurası üzvü olub, daha sonra həmin qanunverici orqanın deputatı kimi fəaliyyət göstərib. 2016–2023-cü illərdə isə VTB Bank-ın Baş vitse-prezidenti vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?