"Biz vaxtından əvvəl ayrılmayacağıq və İran məsələsini "düzgün yolla" həll edəcəyik".
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. O qeyd edib ki, Vaşinqton regionu vaxtından əvvəl tərk etməyəcək və böhranın təkrarlanmasına yol verməyəcək. Tramp Tehranın ABŞ-a qənaətbəxş şərtlər təklif etmədiyini bildirib və İran rəhbərliyini "çox pis insanlar" adlandıraraq iki həftə ərzində 42 min etirazçının ölümündə günahlandırıb.
Tramp həmçinin qeyd edib ki, İranın hərəkətləri Hörmüz boğazında təxminən 400 gəmini bloklayıb.