Modern.az

Avropa İttifaqı Zəngəzur dəhlizində ABŞ-ni əvəzləmək istəyir 

Avropa İttifaqı Zəngəzur dəhlizində ABŞ-ni əvəzləmək istəyir 

Dünya

Bu gün, 12:53

Mayın 5-də tarixdə ilk dəfə olaraq Avropa İttifaqı ilə Ermənistan arasında sammit keçiriləcək.

Modern.az xəbər verir ki, “EUObserver” nəşrinin məlumatına görə, görüşün yekununda nəqliyyat, energetika və rəqəmsal əməkdaşlığı əhatə edən yeni tərəfdaşlıq formatının elan olunması gözlənilir.

Məlumata əsasən, ABŞ ötən il Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında fəal rol oynadıqdan sonra Aİ də “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlı nəqliyyat dəhlizi layihəsinin inkişafına qoşulmağa çalışır.

Brüsselin qiymətləndirməsinə görə, bu marşrut Rusiyadan yan keçən alternativ ticarət yolu ola və Ermənistanı Avrasiya logistika zəncirlərinə daha dərindən inteqrasiya edə bilər.

Aİ nümayəndəsinin sözlərinə görə, hazırda Çindən Avropaya yüklərin daşınması təxminən 42 gün çəkir, lakin Orta Dəhliz səmərəli işləyərsə, bu müddət 12–13 günə qədər azala bilər.

Bununla yanaşı, bəzi ekspertlər Avropa İttifaqını strateji liderliyin zəifliyi və qərarların ləngliyi səbəbindən tənqid edirlər. Onların fikrincə, bu vəziyyət regionda narazılıq yaradır və ABŞ-ın Cənubi Qafqazda təsirini gücləndirir.

Sammit çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi də gözlənilir. Bu çərçivədə Ermənistan Silahlı Qüvvələrinə Avropa Sülh Fondu vasitəsilə dəstəyin artırılması planlaşdırılır. 2014-cü ildən bu yana Ermənistana təxminən 30 milyon avro yardım ayrılıb.

Eyni zamanda, viza liberallaşdırılması prosesi üzrə ilk irəliləyiş hesabatının təqdim olunacağı bildirilir. Bu kontekstdə Aİ sərhəd agentliyi Frontex Ermənistan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV