Modern.az

İrəvan Lukaşenkonun rəqibinə qucaq açdı

İrəvan Lukaşenkonun rəqibinə qucaq açdı

Dünya

5 May 2026, 15:15
Belarus müxalifətinin liderlərindən olan Svetlana Tixanovskaya İrəvanda keçirilən beynəlxalq tədbirdə iştirak edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, jurnalistlər Tixanovskayanı Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun iştirak etdiyi “İrəvan Dialoqu 2026” beynəlxalq konfransının keçirildiyi “Dvin” hotelinin yaxınlığında görüntüləyiblər.

Bildirilir ki, Litvada yaşayan Belarus müxalifət nümayəndəsi Ermənistanın qərbyönlü “Respublika naminə” partiyasının iclasında “xüsusi qonaq” qismində iştirak edəcək. Həmin siyasi qüvvəyə Ermənistan parlamentinin deputatı Arman Babacanyan rəhbərlik edir.

Xatırladaq ki, Tixanovskaya 2025-ci ildə Ermənistanda keçirilən Euronest Parlament Assambleyasının plenar iclasına qatılmaqdan imtina etmişdi. Səbəb kimi onun təhlükəsizlik xərclərinin Litva tərəfindən qarşılanmaması göstərilmişdi.

Qeyd edək ki, “Yerevan Dialogue 2026” forumunda Nikol Paşinyan, Emmanuel Makron, Avropa Şurasının baş katibi Alain Berse, eləcə də müxtəlif ölkələrdən siyasətçilər və ekspertlər iştirak edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə