Modern.az

İrəvandan Pezeşkiana zəng edəcək

İrəvandan Pezeşkiana zəng edəcək

Dünya

Bu gün, 16:55

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla bu gün ərzində telefon danışığı aparacağını bildirib.

Modern.az xəbər verir ki, Makron bu barədə İrəvanda keçirilən mətbuat konfransında deyib.

"Yaxın vaxtlarda İran Prezidenti ilə danışacağam. Söhbətin əsas mövzularından biri Hörmüz boğazında vəziyyət olacaq", – deyə Makron bildirib.

O, Fransanın uzun müddətdir Hörmüz boğazında “naviqasiya azadlığının bərpasını” dəstəklədiyini vurğulayıb.

Makron əlavə edib ki, Fransa Böyük Britaniya ilə birlikdə beynəlxalq müdafiə dəniz koalisiyasının yaradılması istiqamətində təşəbbüslər irəli sürür. Məqsəd Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.

Qeyd edək ki, Hörmüz boğazı qlobal neft tədarükünün təxminən 20 faizinin keçdiyi strateji su yoludur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV