Modern.az

Səyahət gəmisi virus ocağına çevrilib - heç bir ölkə qəbul etmək istəmir 

Səyahət gəmisi virus ocağına çevrilib - heç bir ölkə qəbul etmək istəmir 

Dünya

8 May 2026, 15:34

Dünya ölkələri kruiz gəmisində aşkarlanan hantavirusun daha geniş yayılmasının qarşısını almaq üçün sərnişinlərin izlənilməsinə başlayıb.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, virusun aşkarlanmasından əvvəl gəmini tərk edən şəxslər və onlarla yaxın təmasda olan insanlar nəzarətə götürülüb.

Gəmi operatoru bildirib ki, aprelin 24-də gəminin dayanacaq etdiyi Müqəddəs Yelena adasında sahilə çıxan bütün sərnişinlərlə əlaqə yaradılıb. Məlumata əsasən, həmin şəxslər azı 12 ölkənin vətəndaşlarıdır. Onların arasında Böyük Britaniyadan 7, ABŞ-dən isə 6 nəfər var.

Hazırda 5 nəfərdə hantavirus infeksiyası təsdiqlənib, daha bir neçə şəxsdə isə virusa yoluxma şübhəsi mövcuddur. Virus səbəbindən həyatını itirənlərin sayının 3 olduğu bildirilir. Ölənlərdən ikisi Niderland vətəndaşı olan ər-arvad, biri isə Almaniya vətəndaşıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!