Modern.az

İsrail ABŞ yardımından imtina edir

İsrail ABŞ yardımından imtina edir

Dünya

11 May 2026, 10:55

İsrail yaxın illərdə ABŞ-dan aldığı hərbi yardımdan tamamilə imtina edə bilər.

Modern.az xəbər verir ki, bunu Benyamin Netanyahu CBS News telekanalına müsahibəsində deyib.

İsrailin Baş naziri bildirib ki, ölkəsi hazırda ABŞ-dan hər il 3,8 milyard dollar həcmində hərbi dəstək alır.

“Biz ildə 3,8 milyard dollar alırıq. Düşünürəm ki, artıq qalan bu hərbi dəstəkdən tədricən imtina etməyin vaxtıdır”, - deyə Netanyahu vurğulayıb.

Onun sözlərinə görə, bu prosesin yaxın 10 il ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində