Modern.az

Rusiyanın hərbi gücünü puç edən balaca kənd

Rusiyanın hərbi gücünü puç edən balaca kənd

Dünya

Bu gün, 11:08

Son illərdə Rusiya-Ukrayna müharibəsində ən çox müzakirə olunan istiqamətlərdən biri də Malaya Tokmaçka kəndi istiqamətində dalana dirənən cəbhə xətti olub.

Modern.az xəbər verir ki, Zaporojye vilayətində yerəşən bu kiçik kənd uğrunda uzunmüddətli və nəticəsiz döyüşlər artıq sosial şəbəkələrdə və beynəlxalq mediada tarixi mühasirələrlə müqayisə edilir. Kənd uğrunda 2022-ci ilin ortalarından başlayan döyüşlər artıq 4 ildən çoxdur ki, nəticə vermir. Bununla bağlı hətta internetdə yayılan satirik qrafiklərdə Malaya Tokmaçka uğrunda əməliyyatların müddəti tarixdəki ən məşhur mühasirələri belə geridə qoymuş kimi təqdim olunur. 

Tarixdə uzunmüddətli mühasirələr dövlətlərin taleyini dəyişən hadisələr kimi yadda qalıb. Məsələn, 1779–1783-cü illərdə baş verən Cəbəllütariq mühasirəsi təxminən 1320 gün davam etmişdi. İspaniya və Fransa Britaniyanın nəzarətində olan bu strateji ərazini geri almağa çalışsa da, uğur qazana bilməmişdi. Bu hadisə hərb tarixində ən uzun klassik mühasirələrdən biri hesab edilir.

Roma ilə Karfagen arasında baş verən və təxminən 1100 gün davam edən Karfagen mühasirəsi isə qədim dünyanın siyasi xəritəsini dəyişdirmişdi. Nəticədə Karfagen tamamilə dağıdılmış, Roma Aralıq dənizi hövzəsinin əsas gücünə çevrilmişdi.

İkinci Dünya Müharibəsinin ən faciəli hadisələrindən biri sayılan Leninqrad mühasirəsi 872 gün davam etmişdi. Nasist Almaniyasının şəhəri blokadaya alması nəticəsində yüz minlərlə insan aclıq və bombardmanlardan həyatını itirmişdi. Buna baxmayaraq şəhər təslim olmamışdı.

Tarixdə xüsusi yer tutan hadisələrdən biri də 1453-cü ildə Konstantinopolun fəthidir. Osmanlı sultanı II Mehmetin rəhbərliyi ilə həyata keçirilən mühasirə cəmi 53 gün davam etsə də, nəticədə Bizans imperiyası süqut etmiş və dünya tarixində yeni mərhələ başlamışdı.

Qeyd edək ki, açıq ərazi və intensiv pilotsuz uçuş aparatlarının istifadəsi tərəflərin sürətli irəliləyişini çətinləşdirir. Bu səbəbdən Malaya Tokmaçka artıq sosial mediada “sonsuz döyüş” simvollarından birinə çevrilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?