Modern.az

Daha bir bölgə müstəqillik referendumu keçirəcək

Daha bir bölgə müstəqillik referendumu keçirəcək

Dünya

22 May 2026, 12:00

Kanadanın Alberta əyaləti müstəqilliklə bağlı referendum keçirəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli hökuməton rəhbəri Daniel Smit oktyabr ayında Kanadadan ayrılmaqla bağlı qeyri-məcburi referendum keçiriləcəyini bildirib.

Smitin sözlərinə görə, referendum Albertanın ayrılmasına səbəb olmayacaq, lakin əyalət sakinlərinə öz fikirlərini bildirmək imkanı verəcək. Səsvermə "bəli" olarsa, əyalət hökuməti gələcəkdə məcburi referendum keçirmək üçün konstitusiya prosedurlarına başlaya biləcək.

İndiyə qədər Kanada tarixində yalnız bir bölgə - Kvebek - müstəqillik referendumları keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?