Modern.az

NATO-da Ukrayna böhranı: 5 ölkə "yox" dedi

NATO-da Ukrayna böhranı: 5 ölkə "yox" dedi

Dünya

Bu gün, 15:34

NATO-nun beş üzv ölkəsi Ukraynaya yardım üçün ÜDM-in 0,25%-nin ayrılması təşəbbüsünü dəstəkləməyib.

Modern.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, NATO Baş katibi Mark Ruttenin irəli sürdüyü təklifə Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Kanada qarşı çıxıb.

Məlumata görə, ən azı yeddi NATO ölkəsi təşəbbüsü dəstəkləsə də, qərarın qəbul olunması üçün alyans üzvlərinin yekdil razılığı tələb olunur.

Nəşr qeyd edir ki, ÜDM-in 0,25%-i və ya daha çox həcmdə Ukraynaya yardım göstərən ölkələr arasında Baltikyanı və Skandinaviya dövlətləri, həmçinin Polşa və Niderland yer alır.

Hansı ölkələrin Mark Rüttenin çağırışını dəstəklədiyi isə açıqlanmayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodymyr Zelenskyy hələ 2025-ci ilin yayında Qərb tərəfdaşlarını Ukraynanın müdafiə sənayesinin gücləndirilməsi üçün ÜDM-in 0,25%-i həcmində vəsait ayırmağa çağırmışdı.

Zelenski bunu Ukraynanın Avropa təhlükəsizlik sisteminin bir hissəsi olması ilə əsaslandırmışdı.

“Politico” nəşrinin məlumatına görə, Mark Rütte bu məsələni 2026-cı ilin aprelində NATO səfirlərinin qapalı iclasında da müzakirəyə çıxarıb.

Təklif qəbul edilsəydi, Ukraynaya ayrılan illik maliyyə dəstəyi üç dəfə artaraq 143 milyard dollara çata bilərdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı