Modern.az

İsti havada yeddi nəfər öldü

İsti havada yeddi nəfər öldü

Dünya

27 May 2026, 02:44

Qərbi Avropanın böyük bir hissəsini bürüyən isti hava dalğası Fransada may ayı üçün rekord temperatura səbəb olub.

Modern.az xəbər verir ki, Fransada may ayının ən yüksək temperaturu bazar ertəsi və çərşənbə axşamı günləri qeydə alınıb. Milli hava xidməti olan Meteo France istiliyin həftənin sonuna qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib. "The Guardian" qəzetinin yazdığına görə, proqnozlara görə, bəzi bölgələrdə temperatur 39°C-yə qədər yüksələ bilər.

Fransa hökumətinin sözçüsü Maud Brejon TF1 televiziyasına verdiyi açıqlamada bildirib ki, istidən birbaşa və ya dolayı yolla yeddi ölüm hadisəsi qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi