Modern.az

İranla danışıqlar yavaş gedir - Tramp

İranla danışıqlar yavaş gedir - Tramp

Dünya

31 May 2026, 09:28

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında münaqişənin nizamlanması üzrə danışıqlar yavaş templə gedir.

Modern.az xəbər verir ki, Amerika lideri bunu "Fox News" telekanalına müsahibəsində deyib.

"Biz istədiyimizə ləng nail oluruq. İranlılar sərt danışıqçılardır. Bu, uzun müddət çəkir", - Tramp qeyd edib.

O, həmçinin bildirib ki, mümkün razılaşma üzrə danışıqlar zamanı Tehran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılıq verib.

"Onlar əvvəlcə nüvə silahı hazırlamayacaqlarını dedilər. Mən soruşdum ki, nüvə silahı alsanız necə olar?'", - o deyib.

Trampın sözlərinə görə, hazırkı razılaşma layihəsində İranın nüvə silahı hazırlamayacağı və ya heç bir şəkildə əldə etməyəcəyi nəzərdə tutulur.

Amerika lideri vurğulayıb ki, bu, tərəflərin yanaşmasında əhəmiyyətli dəyişiklikdir. "Bu, böyük fərqdir", - o qeyd edib.

Tramp həmçinin əlavə edib ki, potensial sazişə razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının açılması da daxil ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə