Modern.az

Qalibaf ABŞ-la danışıqlara dair yeni açıqlama verdi

Qalibaf ABŞ-la danışıqlara dair yeni açıqlama verdi

Dünya

Bu gün, 09:20

İran parlamentinin sədri və ABŞ-la danışıqlar nümayəndə heyətinin rəhbəri Məhəmməd Bağır Qalibaf yeni açıqlamalar verib.

Modern.az xəbər verir ki, Qalibaf İran parlamentinin onlayn iclasında çıxış edib.

ABŞ ilə davam edən danışıqlarla bağlı Qalibaf deyib: "Diplomatiya sahəsindəki əsgərlərimiz düşmənin sözlərinə və vədlərinə etibar etmirlər.

Bizim üçün konkret nailiyyətlərə nail olmaq meyardır və bunun müqabilində öhdəliklərimizi yerinə yetirəcəyik. İran xalqının hüquqları təmin olunana qədər heç bir razılaşmanı təsdiqləməyəcəyik".

Qalibaf bildirib ki, "düşmən" müharibənin bu yeni mərhələsində iqtisadi təzyiq və media vasitəsilə təbliğat aparıb milli birliyi pozmağa çalışır. Qalibaf bunun "boş xəyal" olduğunu bildirib və əlavə edib ki, mübarizə "hərbi sahədə, küçələrdə, diplomatiyada və xalqa xidmətdə" davam edir.

Parlament sədri deyib ki, milli birlik və güclü silahlı qüvvələr uğurun əsas amilləridir.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV