Türkiyəli tanınmış iş adamı və televiziya rəhbəri Acun Ilıcalının qanunsuz mərc oyunlarının reklamını yaymaq ittihamı ilə mühakimə olunduğu məhkəmə prosesi başa çatıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, "TV8" telekanalı və "Exxen" rəqəmsal platformasında yayımlanan bəzi futbol matçlarında qanunsuz mərc reklamlarının nümayiş etdirilməsi iddiası ilə açılan davada
Acun Ilıcalı da daxil olmaqla, kanal və platformanın rəhbər heyətindən olan 7 təqsirləndirilən şəxs barəsində bəraət qərarı verilib.
Təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin (qəsdin) olmaması səbəbindən hər bir müttəhim barəsində ayrı-ayrılıqda bəraət hökmü çıxarılıb.
Töhfə Səməd