ABŞ Prezidenti Donald Trump Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüşmək təklifinə dair sualı cavablandırıb.
Modern.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, onların görüş məsələsini müzakirə etmələrini eşitdiyinə sevinir.
“Onlar bunu etməlidirlər”, - deyə o bildirib.
Tramp müharibənin nizamlanması üçün Putindən hansı güzəştlərə getməsini xahiş etdiyini açıqlamayacağını söyləyib.
“Hər ikisi güzəştə gedəcək. Mən bu güzəştləri təklif etmişəm”, - deyə ABŞ prezidenti bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Putinə açıq məktub ünvanlayaraq görüş keçirmək təklifi ilə çıxış etmişdi.