ATƏT-in Minsk Qrupu bu ölkələrin (həmsədrlər –ABŞ, Rusiya, Fransa) Qarabağ münaqişəsinin həllinə imkan verməməsi üçün yaradılmışdı.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Nikol Pashinyan seçkiqabağı debatlar zamanı İctimai Televiziyada bəyan edib.
O, hazırda hakimiyyətdə olan “Vətəndaş müqaviləsi” partiyasının deputatlığa namizədlər siyahısına rəhbərlik edir.
Paşinyan bunun səbəbini belə izah edib ki, həll olunmamış münaqişə müxtəlif dövrlərdə həmin ölkələrin maraqlarına uyğun gəlib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılmışdı.
2025-ci il avqustun 8-də keçirilən Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin şahidliyi ilə ATƏT Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı qərar qəbul edib.
ATƏT 2025-ci il noyabrın 30-da Minsk prosesinin və ona bağlı bütün strukturların fəaliyyətini rəsmən dayandırdığını bəyan edib. Qurum öz açıqlamasında həm Azərbaycan, həm də Ermənistan tərəfindən konsensusla verilən qərarı regionda sülh prosesinin yeni mərhələsinə keçid kimi qiymətləndirib.