Modern.az

6 ölkənin naziri Bakı və ya İrəvanda görüşə bilər

6 ölkənin naziri Bakı və ya İrəvanda görüşə bilər

Dünya

Bu gün, 11:41

Rusiya Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu – Rusiya, Türkiyə və İran) növbəti görüşün xarici işlər nazirləri səviyyəsində Bakı və ya İrəvanda keçirilməsini gözləyir.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən “3+3 Platforması: ümumi çağırışlar və strateji tərəfdaşlıq” sessiyasında bildirib.

“Biz növbəti nazirlər görüşünün ya Bakıda, ya da İrəvanda keçiriləcəyini gözləyirik. Bildiyimizə görə, bu məsələ ilə bağlı azərbaycanlı və erməni həmkarlarımız arasında danışıqlar davam edir”, - deyə Qaluzin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya “3+3” formatının tam fəaliyyət göstərməsi üçün Cənubi Qafqaz regionunda bütün nəqliyyat əlaqələrinin açılmasını dəstəkləyir.

Qaluzin həmçinin qeyd edib ki, Gürcüstan platforma üçün mühüm tərəfdaşdır və onun iştirakı olmadan formatın perspektivləri tam şəkildə reallaşa bilməz.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR