Modern.az

Bu ölkədə qadınlar da hərbi xidmətə gedəcək 

Bu ölkədə qadınlar da hərbi xidmətə gedəcək 

Dünya

Bu gün, 11:32

Yunanıstanda qüvvəyə minən yeni qərarla qadınlar üçün könüllü hərbi xidmətə qəbul rəsmən başlayıb. 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası (ERT) məlumat yayıb.

Bildirilir ki, Yunanıstan ordusu silahlı qüvvələrin şəxsi heyət strukturunu şaxələndirmək və qadınların hərbi xidmətdə daha fəal rol oynamasını təmin etmək məqsədilə bu addımı atıb. Könüllü əsgərlik etmək imkanı tanıyan layihə çərçivəsində müraciət edən və xidmətə qəbul edilən 72 qadın artıq bu gündən etibarən Quru Qoşunlarının müvafiq bölmələrində vəzifələrinin icrasına başlayıb.

Könüllülük prinsipinə əsaslanan bu sistemin növbəti mərhələlərdə ordu sıralarında qadın hərbçilərin sayını daha da artıracağı gözlənilir.

Töhfə Səməd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR