Modern.az

Gümrüdə daşnaklar saxlanıldı

Gümrüdə daşnaklar saxlanıldı

Dünya

Bu gün, 12:36

Ermənistanda hüquq-mühafizə orqanları səhər saatlarından etibarən Erməni İnqilabi Federasiyasının (Daşnaksütyun) Gümrüdə yerləşən ofislərində axtarışlar aparıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, publisist, Qarabağ müharibəsi iştirakçısı və “Hayastan” blokundan deputatlığa keçmiş namizəd Ara Naxşkaryanın mənzilində və ofisində də axtarış keçirilib.

Nəşrin iddiasına əsasən, axtarışlar zamanı müxtəlif sənədlər, məlumat daşıyıcıları, eləcə də Ara Naxşkaryanın mobil telefonu götürülüb.

“Hraparak”ın yaydığı məlumata görə, hadisə ilə bağlı hazırda 3 nəfər saxlanılıb və onlarla istintaq hərəkətləri aparılır.

Bildirilir ki, saxlanılanlardan ikisi gənc qadındır və onlardan biri cəmi bir neçə gün əvvəl yetkinlik yaşına çatıb.

Nəşr öz mənbələrinə istinadən iddia edir ki, saxlanılan şəxslərə Ara Naxşkaryan əleyhinə ifadə almaq məqsədilə təzyiq göstərilir və hətta həbslə bağlı təhdidlər edilir.

Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanlarının seçki prosesi ilə əlaqədar yeni cinayət işi formalaşdırmağa və saxta seçki rüşvəti işi qurmağa çalışdığı iddia edilir.

Ara Naxşkaryan hazırkı hakimiyyətin ən sərt tənqidçilərindən biri hesab olunur.

Qeyd edək ki, səhər saatlarında Gümrüdən olan gənc jurnalist Aram Davtyanın da saxlanıldığı barədə məlumat yayılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR