Modern.az

Dövlət borcu 41 trilyonu keçəcək

Dövlət borcu 41 trilyonu keçəcək

Dünya

Bu gün, 12:37

ABŞ-nin dövlət borcu 2027-ci ilin qış aylarının sonu ilə yay aylarının ortaları arasında müəyyən edilmiş 41,1 trilyon dollarlıq həddə çatacaq.

Modern.az xəbər verir ki, bu proqnoz Vaşinqtondakı İkipartiyalı Siyasət Mərkəzinin (Bipartisan Policy Center) dərc etdiyi hesabatda yer alıb.

Sənəddə qeyd olunur ki, 2025-ci ilin iyulunda ABŞ dövlət borcu limiti 5 trilyon dollar artırılaraq 36,1 trilyon dollardan 41,1 trilyon dollara yüksəldilib.

“Bu vaxtdan etibarən məhdudiyyətlərə daxil olan borcun həcmi 2,9 trilyon dollar artıb ki, bu da artırılmış borclanma limitinin yarıdan çoxunun artıq istifadə edilməsi deməkdir”, – hesabatda vurğulanır.

Mərkəzin qiymətləndirməsinə görə, Konqres əlavə addımlar atmasa, ABŞ 2027-ci ildə yenidən borc limitinə çatacaq.

Hesabatda bildirilir ki, bundan sonra Vaşinqton administrasiyası defoltun qarşısını almaq üçün təxminən 6-9 ay müddətində fövqəladə maliyyə tədbirlərindən istifadə edə biləcək. Daha sonra isə ABŞ maliyyə öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməkdə çətinliklə üzləşə bilər.

Mütəxəssislərin fikrincə, borc limitinə çatma müddətinə təsir edən əsas amillərdən biri İran əleyhinə hərbi əməliyyatlara çəkilən xərclərdir. Pentaqonun son qiymətləndirməsinə görə, bu xərclər artıq 29 milyard dollara çatıb.

Bundan əlavə, Vaşinqtonun tətbiq etdiyi gömrük rüsumlarından daxilolmalar və bu siyasətin kompensasiyası üçün mümkün dövlət xərcləri də prosesə təsir göstərə bilər.

Hazırda ABŞ dövlət borcu təxminən 39,2 trilyon dollar təşkil edir. Bu göstərici mart ayında tarixdə ilk dəfə 39 trilyon dolları, 2025-ci ilin oktyabrında isə 38 trilyon dolları keçib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR