Modern.az

Kreml Paşinyan hakimiyyətini "süni" adlandırdı

Kreml Paşinyan hakimiyyətini "süni" adlandırdı

Dünya

Bu gün, 15:15

Kreml Ermənistan rəhbərliyinin xarici siyasət kursunu tənqid edərək, İrəvanın ölkəni süni şəkildə Avropa və Avrasiya inteqrasiyası arasında seçim etmək məcburiyyətində qoyduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov Ermənistanın uzun müddətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində faktiki olaraq iştirak etmədiyini vurğulayıb.

Kreml rəsmisi bildirib ki, İrəvanın rəsmi bəyanatlarında kollektiv təhlükəsizlik formatlarında iştirakını dondurduğunu elan etməsi və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma xəttini seçməsi Ermənistanın həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə gələcək münasibətlərindəki qeyri-müəyyənliyi daha da artırır.

Peksov əlavə edib ki, hüquqi baxımdan Ermənistan hələ də KTMT və Aİİ-nin üzvü olaraq qalsa da, praktikada bu strukturun işindəki aktivliyi minimuma enib.

Töhfə Səməd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlıların olduğu gəmiləri kim vurdu? - Ölənlər sayı açıqlandı