Modern.az

Hörmüzdən 3 gündə keçən gəmilərin SAYI

Hörmüzdən 3 gündə keçən gəmilərin SAYI

Dünya

Bu gün, 17:10

25 iyundan bəri Hörmüz boğazından xam neft daşıyan 124 gəmi keçib.

Modern.az xəbər verir ki,  bu barədə "CNN" telekanalı Kpler analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, bu göstərici münaqişədən əvvəl — ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından öncə boğazdan gündəlik keçən gəmilərin sayı ilə müqayisə oluna biləcək səviyyədədir.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı bildirilmişdi. Hücumlar nəticəsində Tehran da daxil olmaqla İranın iri şəhərləri hədəfə alınıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini, İsrailə zərbələr endirdiyini açıqlayıb. Eyni zamanda İraq, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinin də hədəfə alındığı bildirilib.

Bundan əlavə, Tehran ABŞ, İsrail və onlara dəstək verən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağladığını elan edib. Bu boğazdan dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qazın isə 20 faizi daşınır.

İyunun ortalarında isə Vaşinqton və Tehran arasında İsveçrənin Bürgünştok kurortunda Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb. Tərəflər növbəti texniki danışıqlar üçün əsasın yaradıldığını bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada