Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen bu gün Ermənistana səfər edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Fon der Leyenin İrəvana gözlənilən səfəri hakimiyyət daxilindəki bəzi dairələrin narahatlığına səbəb olub.
Xəbərdə qolunur ki, bir neçə ay əvvəl İrəvanda Avropa forumunun keçirilməsi və xüsusilə Volodimir Zelenskinin səfərindən sonra Ermənistana Rusiya tərəfindən ixrac məhdudiyyətləri formasında sanksiyalar tətbiq olunmuşdu.
İndi də hesab edirlər ki, avropalı qonağın budəfəki səfərindən sonra Rusiya yeni və daha geniş ikinci sanksiyalar paketini tətbiq edə bilər.
Avropa nümayəndə heyətinin iyulun 1-2-ni əhatə edəcək səfərində Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos da iştirak edəcək. Məlumatlara görə, bu səfər parlament seçkilərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyana verilən xüsusi siyasi dəstək jesti olacaq.