Modern.az

Səma al rəngə boyandı - FOTO

Səma al rəngə boyandı - FOTO

Dünya

Bu gün, 17:50

Keçən həftə Venesuelada baş verən verən dəhşətli zəlzələdən sonra bu dəfə də paytaxt Karakas səmasında qəribə hadisə qeydə alınıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin lentə aldığı görüntülərdə şəhər səmasının tamamilə tünd qırmızı rəngə boyandığı əks olunub.

Təbii fəlakət zonasında xilasetmə işlərinin getdiyi bir vaxtda alçaq buludların müşayiəti ilə ortaya çıxan bu "qanlı səma" yerli əhali arasında mistik qorxulara və yeni bir fəlakətin xəbərçisi ola biləcəyi iddialarına yol açıb.

Lakin mütəxəssislər bildirirlər ki, mənzərənin arxasında hər hansı bədbəxtlik siqnalı yox, atmosferə daxil olan Sahara tozunun günəş şüalarının sınması nəticəsində yaratdığı nadir fiziki-təbiət hadisəsi dayanır.

Qeyd edək ki, 1 943 nəfərin ölümünə, minlərlə insanın isə xəsarət almasına səbəb olan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində axtarış-xilasetmə işləri davam edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada