Modern.az

Yəmən husilərindən İrana dəstək

Yəmən husilərindən İrana dəstək

Dünya

5 İyul 2026, 10:39

Yəmən husiləri ABŞ və İsrailə qarşı mövqeyinə görə İrana dəstəyini ifadə edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yəməndə "Ənsarullah" (husi) hərəkatının formalaşdırdığı hökumətin Baş nazirinin müavini Cəlal əl-Ruyşan Tehranda İranın xarici işlər naziri ilə keçirdiyi görüşdə ABŞ və İsrailə qarşı siyasətinə görə İrana dəstək verdiklərini bəyan edib.

İranın xarici işlər naziri isə ABŞ və İsrailin hərbi əməliyyatlarını qəti şəkildə pislədiklərinə və göstərdikləri həmrəyliyə görə Yəmən hökuməti ilə xalqına təşəkkürünü çatdırıb.

Nazir əlavə edib ki, İran Yəmənə tətbiq olunan blokadanın aradan qaldırılması və ölkədə sülh prosesinin tam şəkildə həyata keçirilməsi üçün bütün diplomatik imkanlarını səfərbər etməyə hazırdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!