Fələstinin tanınması məsələsi yaxın vaxtlarda ölkənin siyasi gündəliyində əsas mövzulardan birinə çevriləcək.
Modern.az xəbər verir ki, bu sözləri Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib. Onun sözlərinə görə, bu məsələ artıq hökumət səviyyəsində aktiv müzakirə olunur.
Nazir qeyd edib ki, qərarın iyulun 10-da keçiriləcək Nazirlər Şurasının iclasında nəzərdən keçirilməsi gözlənilir.
Prevo bildirib ki, prosesin sürətlənməsinə HƏMAS-ın Qəzza zolağında inzibati strukturlarını ləğv etməsi təkan verib. Onun fikrincə, bu addım regiondakı siyasi vəziyyətə və Fələstin dövlətinin tanınması ilə bağlı müzakirələrə yeni dinamika qazandırıb.