ABŞ-ın İranın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ aviasiyasının İranın cənubuna endirdiyi zərbələr nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların dəqiq sayı və vəziyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Xatırladaq ki, ABŞ daha əvvəl gecə saatlarında İran ərazisinə hava zərbələri endirdiyini bəyan etmişdi.
Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regiondakı ABŞ-a məxsus 85 obyektə cavab zərbələri endirdiyini açıqlayıb.