Modern.az

Fransa Rusiya ilə sərhədə qoşun göndərəcək

Fransa Rusiya ilə sərhədə qoşun göndərəcək

Dünya

8 İyul 2026, 17:57

Fransa hərbi kontingentini Finlandiyaya göndərəcək.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Finlandiya Prezident Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki,  Fransa Finlandiya-Rusiya sərhədi yaxınlığında formalaşdırılan yeni NATO hərbi kontingentinə qoşulan ilk alyans ölkələrindən biri olacaq.

Bu hərbi bölmə NATO-nun qabaqcıl quru qüvvələrinin tərkibində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Laplandiyada yerləşdirilən çoxmillətli hərbi kontingent Finlandiyanın 2023-cü ildə NATO-ya üzv olmasından sonra ölkənin Rusiya ilə sərhədi boyunca təhlükəsizliyin gücləndirilməsi məqsədilə yaradılıb.Kontingentin yerləşdirilməsinə 2026-cı ilin iyun ayında başlanılıb və bu prosesə İsveç rəhbərlik edir.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!