Modern.az

İlon Mask 1,5 milyon dollar cərimələndi

İlon Mask 1,5 milyon dollar cərimələndi

Dünya

Bu gün, 20:26

ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) iş adamı İlon Maskı "Twitter" (indiki X)  səhmlərinin alınması ilə bağlı məlumatı vaxtında açıqlamadığına görə 1,5 milyon dollar məbləğində cərimələyib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası məlumat yayıb.

Bildirilib ki, araşdırma Maskın 2022-ci ilin martında "Twitter"in 9,2 faiz səhmini alması barədə məlumatı gec təqdim etməsi ilə əlaqədar aparılıb.

Komissiyanın qaydalarına əsasən 5 faizdən çox səhmi əldə edən investor bu barədə tənzimləyici quruma 10 gün ərzində məlumat verməlidir.

İlon Mask isə sözügedən səhmləri 14 mart 2022-ci ildə alsa da bu barədə bildirişi yalnız 4 aprel tarixində təqdim edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...