Modern.az

Xameneinin dəfninə 27 ölkədən nümayəndələr gedib

Xameneinin dəfninə 27 ölkədən nümayəndələr gedib

Dünya

Bu gün, 08:50

İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün 27 ölkədən Məşhəd şəhərinə qonaqlar gəlib.

Modern.az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, 27 ölkədən 4700-dən çox xarici qonaq vida mərasimində iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə səfər edib.

Qeyd olunur ki, milyonlarla  insan qatılıb. Onların arasında dövlət rəsmiləri, tanınmış siyasi və hərbi xadimlər, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar yer alıblar.

Ayətullah Seyid Əli Xamenei ötən gün Məşhəd şəhərindəki İmam Rza türbəsində dəfn olunub. Onun cənazə namazını oğlu Mustafa Xamenei qılıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də Tehranda başlamışdı.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar