Modern.az

Paşinyan məni həbs etdirmək istəyir - Köçəryan

Paşinyan məni həbs etdirmək istəyir - Köçəryan

Dünya

Bu gün, 15:47

Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Robert Köçəryan ona qarşı aparılan məhkəmə prosesinin siyasi sifariş olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, Köçəryan 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə məhkəmədə çıxışı zamanı prosesi Baş nazir Nikol Paşinyanın siyasi təzyiqləri ilə əlaqələndirib.

“Bu, siyasi sifarişdir. Əvvəllər bu sifariş SMS-lə göndərilirdi, indi isə açıq şəkildə deyilir ki, mən həbs olunmalıyam”, - deyə sabiq prezident bildirib.

Köçəryan qeyd edib ki, məhkəmə prosesində ona işin mahiyyəti ilə bağlı vacib suallar verilmir və baş verənlərin arxasında siyasi qərar dayanır.

O, həmçinin barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi