Modern.az

ABŞ-İran gərginliyi artır - İran körfəz ölkələrini vurdu

ABŞ-İran gərginliyi artır - İran körfəz ölkələrini vurdu

Dünya

12 İyul 2026, 10:55

ABŞ İrana miqyaslı zərbələr endirdikdən sonra, İran cavab tədbiri olaraq Fars körfəzindəki ölkələrə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Modern.az xarici mətbuata istinadən bildirir ki, Amerikanın zərbələrinə qarşılıq olaraq İran Fars körfəzi bölgəsindəki bir neçə ərəb dövlətini raket və dronlarla hədəfə alıb.

Belə ki, İran Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və Küveyt istiqamətinə raket və pilotsuz aparatlarla zərbələr endirib. Bir çox ölkədə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib, partlayış səsləri qeydə alınıb, əhaliyə isə sığınacaqlara yönəlmək barədə xəbərdarlıq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!