Modern.az

Avropada istilərə görə 10 min insan ölüb

Avropada istilərə görə 10 min insan ölüb

Dünya

Bu gün, 17:52

Anomal istilər Qərbi Avropada 10 mindən çox insanın ölümünə yol açıb. 

Modern.az xəbər verir ki, bu barədə "France Info"  Fransa Fermerlər Həmkarlar İttifaqları Federasiyasının (FNSEA) ilkin qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölümlə yanaşı, istilər Fransada kənd təsərrüfatında böhrana səbəb olub, xüsusilə süd məhsulları istehsalı ciddi zərər görüb və sektorda itkilərin 20-30 faizə çata biləcəyi bildirilir.

FNSEA-nin prezidenti Arno Russo ölkə üzrə davam edən quraqlıq, isti hava və genişmiqyaslı meşə yanğınlarının fermerlərə ciddi zərbə vurduğunu bildirib.

“Fransadakı fermer təsərrüfatlarında mənəvi vəziyyət ən aşağı səviyyədədir. Bu, Fransa fermaları üçün fəlakətdir”, - deyə o qeyd edib.

Russo bildirib ki, kənd təsərrüfatının bütün sahələri böhranla üzləşib. Bəzi bölgələrdə məhsulun istilər səbəbindən tamamilə məhv olduğu qeyd olunur.

O, həmçinin sektorda iqtisadi problemlərin davam etdiyini vurğulayıb. FNSEA rəhbərinin sözlərinə görə, ilin əvvəlindən gübrələrin qiyməti təxminən 30 faiz artıb, kənd təsərrüfatı məhsullarının qiymətləri isə rekord dərəcədə aşağı səviyyədə qalır.

Mövcud vəziyyətlə əlaqədar Fransa hökuməti fermerlərə təxminən 150 milyon avro yardım ayrıldığını açıqlayıb. Yardım proqramının avqustun 1-dən qüvvəyə minməsi gözlənilir.

Fermerlərin nümayəndələri isə hökuməti kənd təsərrüfatı sektoruna dəstək tədbirləri ilə bağlı daha sıx dialoqa çağırıblar.

Avropa ölüm hallarının monitorinqi sisteminin iyulun 13-də açıqladığı məlumatlara görə, iyunun sonunda Qərbi Avropanı bürüyən ekstremal istilər nəticəsində qitədə azı 10 min nəfər həyatını itirib.

Məlumatlar iyunun 22-dən 28-dək, Fransada, İspaniyada, Böyük Britaniyada və digər ölkələrdə istilərin pik həddə çatdığı həftə ərzində Avropanın 27 ölkəsində ölüm halları ilə bağlı milli statistikalar əsasında toplanıb.

“Gas Infrastructure Europe”un iyulun 14-də açıqladığı məlumatlar isə anomal istilər fonunda Fransanın iyulun əvvəlində qaz ehtiyatlarından istifadəsini kəskin artırdığını göstərir.

Məlumata görə, istilərlə üzləşən digər Avropa ölkələri ilə müqayisədə Fransanın qaz ehtiyatlarından istifadə həcmi əhəmiyyətli dərəcədə yüksək olub.

Sizə yeni x var
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi