Modern.az

ABŞ İranda strateji şəhəri təcrid edib

ABŞ İranda strateji şəhəri təcrid edib

Dünya

Bu gün, 17:07

ABŞ ordusunun İrana endirdiyi zərbələrdən sonra ölkənin ən strateji şəhərlərindən biri olan Bəndər-Abbasın nəqliyyat əlaqələri ciddi şəkildə pozulub.

Modern.az xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi qüvvələrinin körpülərə və nəqliyyat infrastrukturuna endirdiyi zərbələr nəticəsində təxminən 500 min nəfərin yaşadığı Bəndər-Abbas şəhəri faktiki olaraq İranın qalan hissəsindən təcrid olunub.

Nəşr yazır ki, şəhəri ölkənin digər bölgələri ilə birləşdirən əsas körpülər dağıdılıb, dəmir yolu xətləri isə sıradan çıxarılıb. Nəticədə İranın xarici ticarətinin təxminən yarısının həyata keçirildiyi əsas limanlardan biri ciddi problemlərlə üzləşib.

Qeyd olunur ki, Bəndər-Abbas təkcə iqtisadi deyil, həm də hərbi baxımdan İran üçün həyati əhəmiyyət daşıyır. Şəhərdə ölkənin əsas hərbi-dəniz bazası yerləşir və bu baza Tehranın Hörmüz boğazına nəzarət imkanlarının əsas dayaqlarından biri hesab olunur.

The Telegraphın qiymətləndirməsinə görə, şəhərin nəqliyyat əlaqələrinin pozulması İranın həm daxili logistikasına, həm də xarici ticarət əməliyyatlarına ağır təsir göstərə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə