Modern.az

ABŞ-də şəhər mərkəzində izdihama atəş açıldı: Yaralananlar var

ABŞ-də şəhər mərkəzində izdihama atəş açıldı: Yaralananlar var

Dünya

20 İyul 2026, 01:42

ABŞ-nin cənub-qərbində yerləşən Tuson şəhərində silahlı şəxs şəhər mərkəzində toplaşan insanların üzərinə atəş açıb.

Modern.az xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.

Hadisə şəhərin ən hərəkətli ərazilərindən biri olan İst-Konqress küçəsində baş verib.

Məlumata görə, polis əməkdaşları silahlı şəxsi zərərsizləşdirmək üçün xidməti silahdan istifadə ediblər.

Şübhəli ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində daha doqquz nəfər müxtəlif dərəcəli ağır xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...